Misirdə prezident seçkilərinə namizədlərin adları – Rəsmən açıqlandıbackend

Misirdə prezident seçkilərinə namizədlərin adları – Rəsmən açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Misir Milli Seçki İdarəsinin açıqlamasında Əbdülfəttah əs-Sisinin 549 deputatın dəstəyini aldığı, 161 min 707 seçicinin imzasını topladığı qeyd edilib. Digər namizəd Musa Mustafa Musanın isə 20 deputatın dəstəyini alaraq namizəd olduğu bildirilib.

Ölkənin seçki qanunvericiliyinə görə, namizədlər parlamentin deputatlarının 20 faizinin dəstəyini qazanmalı və ya 27 vilayətin 15-dən 25 min seçicinin imzasını toplamalıdırlar.

Parlamentdəki 16 müxalif deputatın formalaşdırdığı “25-30 bloku” martda keçiriləcək seçkilərə etiraz edərək namizədlərin heç birini dəstəkləmədiyini bəyan edib.

Misirdə seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-18-də təşkil olunacaq. Misirdə isə seçicilər martın 26-28-də səs verə biləcəklər.

İnterpress.az