Bu kitabxanada Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunurbackend

Bu kitabxanada Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Ə. Rəsulzadənin gənclik şəklinin əks olunduğu fotoaçıqca barədə məlumatda onun lentə alınma tarixinin məlum olmadığı qeyd olunub. Açıqcanın arxa tərəfində “Tatar “İqbal” qəzetinin redaktoru Məmməd Əmin Rəsulzadə” yazılıb.

Fotoaçıqcanın yer aldığı unikal kolleksiyanı tarix və dokumentalistika ilə maraqlanan Luarsab Toqonidze 2009-cu ildə Gürcüstanın Milli Parlament Kitabxanasına təqdim edib.

M. Ə. Rəsulzadənin fotoaçıqcasının da yer aldığı kolleksiyaya ümumilikdə 2 min fotoşəkil daxildir. Bu sənədlər müxtəlif vaxtlarda müxtəlif insanlardan əldə olunub.

Gürcü yazıçılar, elm və ictimai xadimlər, incəsənət adamlarının fotoşəkillərinin olduğu bu kolleksiya Gürcüstanın XIX-XX əsr ictimai tarixinin qiymətli mənbəyi hesab olunur.

Bu kitabxanada Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur

Bu kitabxanada Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur

İnterpress.az