Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan forum sədri bildirib: “Baş nazir Karen Karapetyan və ölkə başçısı Serj Sarkisyan daim yalan danışırlar. Onların biabırçı hərəkətlərinə görə hətta Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar onlardan qaçır. Bizim holdinq kifayət qədər pul xərclədi, biz iki dəfə Ermənistana getdik, biznes-planlar hazırladıq, tenderdə iştirak etdik, 10 minlərlə avro sərf etdik, 2017-ci ilin yanvarında bütün materialları tenderə təqdim etdik, lakin hələ də cavab almamışıq. Biz artıq onlara inanmırıq və diasporda da belə fikir formalaşıb ki, nə qədər ki Sarkisyan və Karapetyan var, Ermənistana getmək lazım deyil”.
A.Qriqoryan Ermənistanda investor Toros Sakeryanın da uğursuzluğundan danışıb: “Ermənistana sərmayə qoymaq istəyən heç bir normal erməni diasporu yoxdur. Əgər siz bir-ikisini tapsanız, deməli, onlar ölkəni talamağa gəliblər”.
Erməni diasporunun gəldiyi bu qənaət nəyin göstəricisidir və hansı amillərdən xəbər verir?
Beynəlxalq Diaspor Mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu, reallığın dilə gətirilməsidir: “Biz bunların belə olduğunu bilirik. Ancaq belə faktların ermənilərin öz dilindən səslənməsi yaxşıdır. Həqiqət daha tutarlı arqumentlərlə zənginləşmiş olur. Ermənistandakı durum doğrudan da acınacaqlıdır. Ölkədə demoqrafik vəziyyət katostrofikdir. Əhalinin böyük hissəsi oranı tərk edib. Yerdə qalanlar qocalar və Sarkisyan rejimindən faydalanmağı bacaranlardır. Erməni diasporunun bu müraciəti qarşıda Ermənistanı daha böyük faciələrin gözləməsindən xəbər verir. İqtisadiyyatı bərbad olan Ermənistana diaspor xəttilə böyük sərmayələr ayrılırdı. Onların Dağlıq Qarabağa Kəlbəcər üzərindən çəkdiyi ikinci yolun investisiyasını da erməni diasporu vermişdi. Mən erməni diasporunun Ermənistanda gördüyü başqa işlər barəsində də danışa bilərəm, amma buna lüzum görmürəm. Demək istədiyim budur ki, harınlayan Sarkisyan hakimiyyəti diaspor nümayəndələrini də çapıb-talamaqla məşğuldur. Göründüyü kimi, müraciətdə konkret faktlardan danışılır. Müraciəti edən şəxs də erməni diasporu arasında hörməti olan adamdır. Əminəm ki, bu müraciətin ciddi rezonansı olacaq. Nəticə etibarilə Ermənistanın da bir nəfəsliyi kəsiləcək. Onlara diaspor xəttilə böyük yardımlar olunurdu. Bu amil sübut edir ki, Ermənistan hakimiyyəti idarəetməni tam itirib və sonunun yaxınlaşdığını görən Sarkisyan daha çox varidat toplamaq üçün nəyə gəldi gedir. Bir müddət əvvəl bənzər tipli müraciət ABŞ-dakı erməni diaspor fəalları tərəfindən edilmişdi. Biz bu vəziyyətdən narahat deyilik, əksinə, xeyrimizə olan məsələdir”.
İnterpress.azhttps://youtube.com/watch?v=tIeok5fN_BA