İnterpress.az saytının məlumatına görə, qurum əsasən böyük yarışların ev sahiblərinin müəyyənləşməsi zamanı yaşanan qayda pozuntularından şübhələnir.
İstintaq prosesinə Rusiyaya 2014-cü il Qış Olimpiya Oyunları və futbol üzrə DÇ-2018-in verilməsi də daxil edilib. ABŞ-ın atletika üzrə DÇ-2021 və Olimpiada-2028-in təşkilatçılıq hüququna yiyələnməsinə də şübhələnən nazirlik bu yarışlarla bağlı sənədləri yoxlamaq istəyindədi.
Atletika üzrə DÇ-2019-un Dohada keçiriləcəyi də istintaqdan yayınmayacaq.
Qeyd edək ki, atletika hər 2 çempionatla bağlı Fransa prokurorluğu da araşdırmalara başlayıb.
İnterpress.az