Lənkəran sakini mini traktor düzəltdi – VİDEObackend

Lənkəran sakini mini traktor düzəltdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Lənkəran sakini Novruzəli Nobatovun düzəltdiyi bu texnika 10 qat artıq iş görür.

25 ildir, avtomobil təmiri sexində dəmirçi işləyən usta təsərrüfat işlərində istifadə olunan və əl ilə idarə edilən ikitəkərli texnikanı mini traktora çevirib. O, əlavə detallar kimi \”Jiquli\” avtomobilinin ehtiyat hissələrindən istifadə edib.

İndi bu texnika daha çox iş görür. Əsasən də kartof sahələrində əlavə avadanlıqlar qoşmaqla ondan daha səmərəli istifadə etmək mümkündür.

Kənd təsərrüfatı texnikası 10 saata cəmi 4 litr yanacaq işlədir. Novruzəli Nobatovun sözlərinə görə, mini traktoru hazırlanmasına 1000 manata qədər pul xərcləyib. Usta texnikanı daha da təkmilləşdirmək niyyətindədir.

İnterpress.az