İnterpress.az APA-ya istinadən xəbər verir ki, vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.
Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.
Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.
Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.
İnterpress.az