Futbolçunu vuran hakimin cəzası açıqlandıbackend

Futbolçunu vuran hakimin cəzası açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress az saytının xarici mətbuata istinadən məlumatına görə, Liqa 1-in XX turunda keçirilən “Nant” – PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran referi 3 ay təyinat almayacaq.

Fransa Futbol Federasiyası onu ikinci qərara qədər hakimlikdən uzaqlaşdırmışdı. Məsələni araşdıran Nizam-İntizam Komitəsi yekun qərarını verib. Belə ki, Şapron 3 aylıq diskvalifikasiya ilə canını qurtarıb.

Qeyd edək ki, PSJ-nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan Şapron oyunçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

İnterpress.az https://youtube.com/watch?v=-e4v2WoExl4