İnterpress.az xəbər xəbər verir ki, qanunda qeyd olunur:
\”Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.5.3-cü maddədən \”uşaqların və” sözləri çıxarılsın.
2. 33-cü maddə üzrə:
2.1. adında \”Uşaqların və yetkinlik” sözləri \”Yetkinlik” sözü ilə əvəz edilsin;
2.2. 33.1-ci və 33.3-cü maddələrdən \”uşaqların və” sözləri çıxarılsın.
3. 35-ci maddə üzrə:
3.1. 35.14-cü maddədən \”uşaqların və” sözləri çıxarılsın;
3.2. 35.14.1-ci maddədən \”uşaqlara və” sözləri çıxarılsın və həmin maddədə \”uşaqların” sözü \”onların” sözü ilə əvəz edilsin;
3.3. 35.14.2-ci maddədən \”uşaqlar və” sözləri çıxarılsın.
İnterpress.az