Türkiyəli jurnalistin yanına raket düşdübackend

Türkiyəli jurnalistin yanına raket düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Anadolu agentliyinə istinadən xəbər verir ki, raket müxbirin olduğu yerin yaxınlığına düşüb. Qoluna və ayağına qəlpə dəyən Özer ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilir.

Xatırladaq ki, bu gün Türkiyənin sərhədyanı əraziləri də raket atəşinə tutulub. Afrindən Kilisə və Hatayın Reyhanlı qəsəbəsinə 8 raket atılıb. Son məlumata görə, hücum nəticəsində 2 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Afrində PKK/PYD/YPG terror qruplaşmalarına qarşı aparılan əməliyyatlar ərzində Suriya ərazisindən sərhədyanı Reyhanlı və Kilis rayonlarına 82 raket atılıb. Raket zərbələri nəticəsində 6 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.

İnterpress.az