İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Hüseynova Aygün Vasif qızı küçədə mübahisə zamanı oğlanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
İnterpress.az