A9 kanalı və internetdə yayımlanan proqramlarda İslam dini və türk xalqının əxlaqi dəyərləri yalnış şəkildə təbliğ olunur.
Artıq Din İşləri Naziri prof. Dr Ali Erbaş məsələyə sərt münasibət bildirərək bunları söyləyib:
\”Bu kişi vaxtilə Yəhudilik və massonluq kitabını yazan bir qrupun başında idi. O indi özünün masson olduğunu söyləyir. O yəhudi və massonları təhqir etdiyinə görə cəza aldı. Həbsə düşmə səbəblərindən biri də Atatürkü təhqir etməsi olub. İndi isə özünü Atatürkçü adlandırır. Yəni başı pozulmuş bir insandır. O televiziyaları bağlamaq isə bizim işimiz deyil, kimə tabedirsə o bağlasın.\”
Qeyd edək ki, Türkiyə Radio Televiziya Şurası rəhbərliyli artıq məsələ ilə bağlı qərarını yaxın zamanda bildirəcək.
İnterpress.az