Rusiyanın \”Su-25\” təyyarəsi şənbə günü Suriyanın İdlib şəhərində vurulub, pilot katapult etsə də, terrorçularla mübarizə apararaq həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir. Təyyarənin “Cebxat an-Nusra” təşkilatının terrorçuları tərəfindən vurulduğu bldirilir. Rusiyanın Suriyadakı Müharibə Tərəflərinin Üzləşməsi Mərkəzi, İdlibin dağılma zonasından məsul olan Türkiyə nümayəndələri ilə birlikdə, Rus pilotunun meyitini qaytarmaq üçün tədbirlər görür.
İlkin məlumatlara görə təyyarə zenit raket sistemi ilə vurulub.
***
İnterpress.az xəbər verir ki, İdlibin şimal-qərbində düşən Rusiya təyyarəsinin pilotu canlı olaraq ələ keçirilib. Hansı müxalifət qrupunun rus təyyarəsini vurduğu açıqlanmayıb.
Bölgədəki Heyət-i Tahrir-i Şam kimi Əl-Qaidə uzantısı qruplarının da aktiv olduğu deyilir
İnterpress.az