İnterpress.az xəbər verir ki, foodinfo.az Q.Təhməzli ilə bağlı bəzi məlumatlar dərc edib. Belə ki, Q.Təhməzli Qarabağ müharibəsi veteranıdır.
O, 1992-ci il 26 fevral – Xocalı soyqırımı baş verəndən iki gün sonra, yəni fevralın 28-də dostları ilə birgə könüllü şəkildə müharibəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Həmin vaxt Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) tələbəsi olan Q.Təhməzli bir aydan sonra cəbhəyə göndərilir. O və dostları Qarabağ müharibəsi zamanı hərbi səhra hospitallarının yaradılması işində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Q.Təhməzliyə Azərbaycan Respublikasının müharibə veteranı adı verilib.
Q.Təhməzli bu haqda danışarkən \”Mən bu adla şərəf duyuram”, – deyə, bildirib.
İnterpress.az