Mətanət efirdə gənc ifaçıya oxumağı qadağan etdi: “Cangüdənim ol” – VİDEObackend

Mətanət efirdə gənc ifaçıya oxumağı qadağan etdi: “Cangüdənim ol” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Proqrama qatılan digər qonaq isə gənc müğənni Kamran Zahidli olub.

Kamran mahnı ifa etdikdən sonra bildirib ki, oxuduğumuz janr, janr deyil:

“Bu oxuduğumuz janrın Azərbaycana aidiyyatı yoxdur. Belə sənətkarların yanında oturmaq şərəfdir. Oxumaq hobbimdir. Mühafizə yaraşır mənə. Mətanət xanımın yanında cangüdən işləyərəm təmənnasız”.

Bu söhbəti eşidən Mətanət Əsədova isə gənc ifaçının qarşısına şərt qoyaraq ona təklif edib:

“Təmənnasız cangüdənim işləyəcəksən, o zaman bu gündən oxuma. Sən böyüyün, kiçiyin yerini bilirsən. Valideynlərinin əllərindən öpürəm. Mikrafon sənin əlində çox ucuzdur. Amma cangüdən kimi gəşəng görsənir”.

İnterpress.az