Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, argentinalı mütəxəssis artıq evə buraxılıb.
Ötən ilin noyabr ayında xəstəliyi aşkarlanan 49 yaşlı çalışdırıcı səhhəti ilə əlaqədar \”Sevilya\”nın baş məşqçisi postundan istefa vermişdi. Dərhal əməliyyat edilən Berizzonun son müayinəsi müsbət fikir bildirməyə əsas verib. Belə ki, tibbi testlər mütəxəssisin xərçəngdən tamamilə qurtulduğunu göstərib.
Qeyd edək ki, futbolçu karyerası ərzində Argentina millisinin də formasını geyinmiş Eduardo Berizzo ötən il \”Selta\”dan ayrılaraq \”Sevilya\”nın \”sükanı arxası\”na keçmişdi.
İnterpress.az