İnterpress.az xəbər verir ki, hazırda şəhərdə güclü duman müşahidə olunur. Bu səbəbdən də bir sıra yollarda tıxac yaranıb. Duman Yasamal rayonunda və Əhmədli, yeni Günəşli massivlərində daha kəskindir.
Amma bu hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib. Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə bildirilib ki, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir. \”Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir\”, – deyə aeroportda bildiriblər.
İnterpress.az