İnterpress.az saytı “Marca”ya istinadən xəbər verir ki, İspaniya təmsilçisi bu posta Klarens Zedorfu gətirib.
Təyinatın bu gün rəsmən açıqlanacağı bildirilir. Zedorfun qarşısına komandanın La Liqadakı yerini qorumaq tapşırığı qoyulub. O, “Deportivo”nun baş məşqçisi vəzifəsində Kristobal Parralonu əvəzləyib.
42 yaşlı Zedorf məşqçilik karyerasında “Milan” və “Şenjen” klublarına rəhbərlik edib.
Qeyd edək ki, La Liqada hazırda təhlükəli zonada qərarlaşan \”Deportivo\” 17 xalla 18-ci yeri tutur.
İnterpress.az