İnterpress.az xəbər verir ki, agentliyin yeni baş direktoru bu media orqanında baş redaktor vəzifəsində işləmiş Anar Əzizov təyin edilib.
Anar Əzizov 2003-cü ildən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində çalışır.
2015-ci ildə agentliyin baş redaktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, ötən il dekabrın 21-də “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin rəhbəri Aleksandr İvanov 67 yaşında insultdan vəfat edib. (apa)
İnterpress.az