Pike “Çelsi” ilə oyunu buraxacaq?backend

Pike “Çelsi” ilə oyunu buraxacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Xerard Pike sıradan çıxıb.

La Liqanın XXII turunda “Espanyol”la səfər qarşılaşmasında dizindən xəsarət alan ulduz futbolçu bu gün tibbi müayinədən keçəcək və bundan sonra onun durumuna aydınlıq gələcək. İlkin proqnoza görə, 31 yaşlı oyunçu 2 həftə komandasından ayrı qalacaq. Bu isə Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə fevralın 20-də Londonda baş tutacaq ilk qarşılaşmanı buraxmaq təhlükəsi yaradır.

Qeyd edək ki, “Espanyol”la görüşün son dəqiqələrində qol vuran Xerard Pike komandasına 1 xal qazandırıb (1:1).

İnterpress.az