İnterpress.az xəbər verir ki, 11 aprel tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcəyindən həmin günə planlaşdırılan qarşılaşmalar başqa vaxta təyin olunacaq.
Qeyd edək ki, ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də, cavab qarşılaşmaları isə 18-də keçirilməli idi. (oxu.az)
İnterpress.az