İnterpress.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “rossonyerlər” xorvatiyalı futbolçunu heyətlərinə qatacaqlar.
Lakin bu keçid yayda baş tutacaq. Buna səbəb 30 yaşlı oyunçunun “Sampdoriya” ilə mövsümün sonuna qədər müqaviləsinin olmasıdı. “Milan” rəhbərliyi Striniçi azad agent kimi heyətə qatmaq niyyətindədi.
Qeyd edək ki, Xorvatiya yığmasının da üzvü olan Striniç ötən ildən “Sampdoriya”nın formasını geyinir.
İnterpress.az