Pişiklə avtomobilini yudu – Qəddarlıq – VİDEObackend

Pişiklə avtomobilini yudu – Qəddarlıq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rusiyalı bloqer pişiklə şəxsi Mercedes avtomobilini yuyur. O, sirkəli suya salıb islatdığı pişiklə avtomobilini silir.

Kadrlar Krasnodar şəhərində çəkilib. O, videonu gülüş məqsədi ilə çəksə də, gözlənilməz reaksiyalar alıb. Bloqerlə bağlı polisə şikayət edilib.

Hüquq mühafizə orqanları faktla bağlı istintaqa başlayıblar. Artıq sürücünün şəxsiyyəti müəyyən olunub.

Qeyd edək ki, Rusiya qanunvericiliyində heyvanlarla qəddar davranışlara görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İnterpress.az