İnterpess.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ukrayna KİV-i xəbər yayıb.
ressXatırladaq ki, daha öncə Kiyev Şəhər Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, cinayət hadisəsi fevarlın 1-nə keçən gecə baş verib.
İki qrup şəxs arasında münaqişə zamanı kişilərdən biri xidmətdən kənar vaxtda həmin restoranda olan 21 yaşlı hərbçinin boyun nahiyəsinə bıçaqla ölümcül zərbə endirib və hadisə yerindən qaçıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşmişdi. Fevralın 3-də o, Ukraynanın Zaporojye vilayətində saxlanılmış və ona qarşı Ukrayna CM-nin 115-ci maddəsinin birinci hissəsi (qəsdən adam öldürmə) üzrə ittiham elan olunmuşdu.
İnterpess.az