İnterpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova \”Qafqazinfo\”ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.
Yaxınlıqdakı binaların sakinlərinin bildirdiyinə görə, partlayış o qədər güclü olub ki, binalar silkələnib. Bəziləri təşvişə düşərək nə olduğunu anlmayıb və qaçaraq binadan çıxıblar.
***
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış Xətai rayonunda yerləşən Radioquraşdırma \”Radiozavod\” zavodunun yaxınlığında qeydə alınıb.
Hadisə yerinə 15-ə yaxın FHN qüvvələri, 20-yə yaxın isə polis cəlb edilib. Partlayış ətrafdakı binalarda da hiss olunub.
Ölən və yaralananların olduğu ehtimal olunur.
Ətraflı məlumat veriləcək.
Anar HÜSEYNOV
İnterpress.az
https://youtube.com/watch?v=1Syizb0Q6fU