İnterpress.az xəbər verir ki, rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əyyublu kəndi ərazisində yolu keçən 2011-ci il təvəllüdlü Əsgərov Elvin Elnur oğlunun “KamAZ” markalı yük avtomobili ilə vurulması və qəza nəticəsində azyaşlının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
İnterpress.az