İnterpress.az-a müdafiə nazirliyindən verilən məlumata görə, təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib.
Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.
İnterpress.az