İnterpress.az xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brinki Bakıda mətbuat konfransında deyib.
B.Brinki qeyd edib: \”Münaqişə 20 ildən çoxdur ki davam edir. Bu, böyük müddətdir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələni müzakirə etmək üçün Bakıdadırlar\”.
O bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün tam dəstək göstərir. (trend)
İnterpress.az