Usta 4-cü mərtəbədən yıxılaraq öldü – Bakıdabackend

Usta 4-cü mərtəbədən yıxılaraq öldü – Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə paytaxtın Yasamal rayonunda, Mətbuat prospektində qeydə alınıb. Həmin ünvanda yerləşən binalardan birinin fasadında təmir işləri aparan 1989-cu il təvəllüdlü Şamxal Vidadi oğlu Bədəlov 4-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (apa)

İnterpress.az