İnterpress.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi “Facebook” səhifəsində dərc olunub.
“Bu gün internet öz qəhrəmanını itirdi. EFF öz müdrik həmtəsisçisi Con Perri Barlounun ölümünə çox üzülür”, – deyə postda bildirilir.
Şirkətin bəyanatına görə, əsas internet seqmentləri bu gün məhz Barlounun sayəsində mövcuddur və inkişaf edir. Barlou ümumdünya şəbəkəsini fiziki məsafələrdən asılı olmayaraq, insanların ünsiyyətini təmin edən azadlıq məkanı hesab edib. (oxu.az)
İnterpress.az