Sobçak Trampın verdiyi ziyafəti pislədibackend

Sobçak Trampın verdiyi ziyafəti pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə iştirakını şərh edən Sobçak onun “tamamilə faydasız və mənasız” olduğunu söyləyib.

İnterpress.az bu barədə BBC-yə istinadən xəbər verir.

“Bu, maraqsızdır, səslənən nitqlər mənasızdır. Bu çıxışların heç bir mənası yoxdur. Öz aralarında ünsiyyət belə qura bilməyən insanlar əyləşir”, – deyə Sobçak bildirib.

Rusiyalı prezidentliyə namizədin sözlərinə görə, səhər yeməyinə çox sayda siyasətçi qatılsa da, tədbir ünsiyyət üçün heç də münasib yer olmayıb.

“Bütün günü qulaq rəsmi, heç bir mənası olmayan nitqləri eşitdiyindən insanlar öz aralarında söhbət edə bilir”, – deyə Sobçak bildirib.

Sobçak seçkiqabağı gərgin qrafiki ilə əlaqədar tədbirdə yalnız beş dəqiqə iştirak edə bilib.

BBC-nin məlumatına görə, o, qalmaqallı “Kreml siyahısının” müəllifi ilə qeyri-rəsmi görüş keçirib.

İnterpress.az