İnterpress.az xəbər verir ki, o, bu barədə Adu-Dabidə keçirilən Milken İnstitutunun elmi-tədqiqat mərkəzinin konfransında deyib.
Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi ilə bağlı “tamamilə aydın sübut”lar var. Amma Buş seçkilərin nəticəsinə məhz bu müdaxilənin nəticəsi təsir edib-etmədiyini açıqlamayıb.
“Xarici dövlətin seçkilərimizə qarışması, bu artıq problemdir”, – Buş bunu deyərək, Moskvanın atdığı addığı addımlarını “demokratiya üçün təhlükə” adlandırıb.
ABŞ-ın keçmiş prezidenti həmçinin Vladimir Putin haqqında düşüncələrini bölüşüb.
“Putin – gözəl bir taktikdir, o, qarşıdakının zəifliyini taparaq, ondan necə istifadə etmək lazım olduğunu yaxşı bilir”.
Buş bildirib ki, Putin SSSR-nin dağılmasından narazıdır, buna görə də, o, “Sovet hegemonluğunu” bərpa etmək istəyir.
“Putin, hər ikimizin qalib gəlməsi kimi düşünə bilmir. O yalnız belə fikirləşir, “Mən necə edim ki, udum, qarşımdakı isə uduzsun”, – Buş əlavə edib. (oxu.az)
İnterpress.az