Leyla Əliyeva aksiya keçirdi: 63 şəhid uşağın xatirəsi əbədiləşdirildi – FOTObackend

Leyla Əliyeva aksiya keçirdi: 63 şəhid uşağın xatirəsi əbədiləşdirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.

Leyla Əliyeva aksiya keçirdi: 63 şəhid uşağın xatirəsi əbədiləşdirildi - FOTO

Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Leyla Əliyeva aksiya keçirdi: 63 şəhid uşağın xatirəsi əbədiləşdirildi - FOTO

Sonra aksiya iştirakçıları müxtəlif dillərdə \”Uşaqlar və müharibə\” mövzusunda çıxış ediblər.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya iştirakçıları Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkiblər.

Leyla Əliyeva aksiya keçirdi: 63 şəhid uşağın xatirəsi əbədiləşdirildi - FOTO

Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

İnterpress.az