İnterpress.az Minval.info-ya istinadən xəbər verir ki, İslam dininin qeyri-ənənəvi məzhəbindən olan “ilahiyyatçının” dilə gətirdiyi sözlər insanlar tərəfindən normal qarşılanmayıb.
Belə ki, bu təriqətin üzvlərindən biri din xadimi kimi başda əyləşən şəxsə “qadın tək taksi ilə şəhərdaxili harasa gedə bilərmi” sualını verib. Sual qəribə səslənsə də, “ilahiyyatçı”nın buna cavabı özünəməxsus olub. O, qadının tək başına nəinki taksidən, hətta marşrut avtobusundan istifadə etməsinin haram olduğunu deyib.
Minval.info məsələ ilə bağlı ilahiyyatçı Emil Rahiloğlunun fikirlərini öyrənib.
O bildirib ki, İslam dininin şəriətində bununla bağlı hökmdə taksi, avtobus, nəqliyyat vasitələrinin adı xüsusi qeyd olunmayıb: “Burada söhbət məhrəmin naməhrəmə qarışmasından gedir. Yəni məkan olaraq konkret heç bir yer göstərilməyib. Həmin şəxs əsas gətirməlidir ki, nəyə görə bu sözləri deyib. O, İslam dinin adından qadının tək avtobusdan və ya taksidən istifadə etməsi haramdır deyə bilməz. Dində naməhrəmə toxunmaq, dəymək haramdır. Bu, evdə də baş versə, eyni hökmdədir”.
İnterpress.az