“Tarixən ermənilər rusların köməyi ilə Azərbaycana qarşı soyqırım törədib”backend

“Tarixən ermənilər rusların köməyi ilə Azərbaycana qarşı soyqırım törədib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend-ə Tahir Kərimli bildirib ki, son 200 ildə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımı törədilib: \”Tarixən ermənilər rusların köməyi ilə Azərbaycana qarşı soyqırımı törədib. Xocalı soyqırımı digərlərindən ona görə fərqlənir ki, bu faciə faktlarla, videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir. Ermənilər bəlkə də hansısa soyqırımı inkar edə bilər, amma bunu inkar etmək mümkün deyil.

1992-ci ildə bu soyqırım törədiləndən sonra mən cəbhə bölgəsinə yolandım və Ağdamda həmin faciə qurbanlarının meyitlərinin yük maşınlarından boşaldılmasının şahidi oldum\”.

T.Kərimli əlavə edib ki, ermənilərə qarşı heç bir soyqırımı olmadığı halda, onlar qondarma \”soyqırımı\”na böyük bir abidə qoyublar:

\”Mən istərdim ki, bu il, 1918-ci il soyqırımı ilə, Xocalı faciəsi ilə bağlı böyük bir memorial kompleks yaradaq, muzeylər olsun. Bu, ermənilərin öz havadarları vasitəsilə başımıza gətirdikləri müsibətlərin salnaməsi olar\”.

İnterpress.az