Azərbaycan ordusunun erməni kəndini atəşə tutması xəbərinə RƏSMİ REAKSİYAbackend

Azərbaycan ordusunun erməni kəndini atəşə tutması xəbərinə RƏSMİ REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu ermənilərin növbəti dezinformasiyasıdır. Bu cür bəyanatla onlar gələcək təxribatlarına zəmin yaradırlar”, – deyə Müdafiə Nazirliyinin şərhində bildirilir.

Qeyd edək ki, bu gün erməni mətbuatında Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin kəndlərindən birinin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə xəbər yayılıb.

İnterpress.az