İnterpress.az xəbər verir ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən verilən məlumata görə, hospital cərimə edilib. Vergi nəzarəti tədbirləri zamanı 90 nəfərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən muzdla işə cəlb olunduğu aşkar edilib.
Qeyd edək ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İnterpress.az