İnterpress.az xəbər verir ki, bu barədə AzNews.az-a Tunzalə Əliyevanın vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün məhkəmə prosesi keçirilib:
“Prosesdə hər iki tərəf vəsatət qaldıraraq linqvistik ekspertizanın keçirilməsini tələb etdik. Bir aya kimi ekspertizanın cavabı məlum olacaq”.
Adəm Məmmədov prosesin martın 5-də davam edəcəyini bildirib.
Qeyd edək ki, T.Əliyeva ilə P. Abıyeva sosial şəbəkədə bir-birini təhqir ediblər. Tunay Əliyeva həmkarını “1000 manatlıq fahişə” adlandırıb. Qarşı tərəf də həmkarını cavabsız buraxmayıb. Tünzalə Əliyeva P.Abıyevaya qarşı 100 min, Pərvin Abıyeva isə qarşı tərəfdən 200 min manat təzminat tələb edib.
İnterpress.az