Əhaliyə bayram xəbərdarlığıbackend

Əhaliyə bayram xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı sonxeber.az-a açıqlamasında istehlak bazarında keyfiyyətsiz məhsullar kifayət qədər olduğunu və bayram ərəfəsində onların həcminin daha da artacağını deyib.

Onun sözlərinə görə, ölkədə qida təhlükəsizliyi haqqında qanunun olmadığı bir şəraitdə və biznes qurumları üçün toxunulmazlığın yarandığı bir şəraitdə ölkənin əmtəə bazarında kifayət qədər təhlükəli mallar var.

E. Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi normal fəaliyyət göstərərsə, bu sahədə müəyyən irəliləyiş ola bilər. Lakin, Agentlik yanvar ayından fəaliyyətə başalasa da hələ də fəal iş aparmır. İctimaiyyətlə iş aparılmalı şəffaf fəaliyyət göstərməlidir. Bu baxımdan gözlənilir ki bayram ərəfəsində bazara təhlükəli məhsullar çıxarılacaq.

Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Sertifikatı olmayan məhsulları almasınlar. Məhsulların istehsalçı yoxsa alverçi tərəfindən gətirildiyini öyrənməlidirlər. Nazirlik təfəindən təşkil olunan yarmarkalarda biz yay aylarında ekspertiza aparmışıq. Qarpız, yemiş məhsullarının 98%-i nitritlərlə zəngin olub. İnsanları zəhərləyən maddələrin miqdarı normadan iki dəfə artıq olub. Yalmnız satış təşkil olunamlı deyil keyfiyyətə ciddi nəzarət olunmalıdır.

Ekspert bildirdi ki, bir çox hallar problem məhsulların yararlılıq müddəti ilə bağlı deyil, saxlanma şəraiti ilə də bağlı olur. Əgər məhsul alıcını qane etmirsə, onu qaytarmaq hüququ var.
Bütün hallarda istehsalçıların müdafiəsi haqqında qanuna görə, ərzaq məhsullarını 14 gün ərzində yararlılıq müddəti keçməyibsə, qaytarmaq və ya dəyişdirmək olar. Yaxşı olar ki, istehlakçılar bu hüquqlarından istifadə etsinlər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimiaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Murtuzəli Hacıyev isə Sonxeber.az-a açıqlamasında nazirlik tərəfindən təşkil edilən, Novruz yarmarkalarında satışa çıxarılan bütün növ ərzaq məhsullarının keyfiyyətinə ciddi nəzarət olunacağını deyib:
\”Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti tərəfindən satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər\” .

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib ki, bayram ərəfəsində respublika üzrə bazarlara keyfiyyətsiz ət məhsullarının çıxarılmasına nəzarət gücləndiriləcək. Həm Bakı həm də digər rayon və qəsəbələrdə təşkil ediləcək yarmarkalarda satışa çıxarılacaq ətlərin keyfiyyətinə ciddi nəzarət ediləcək.
Onun sözlərinə görə, ət məhsullarının keyfiyyətinin yoxlanılması üçün yarmarkalara səyyar labaratoriyalar təhkim edilə bilər. Yarmarkaların sayına uyğun səyyar labaratroiyalar təşkil olunacaq. Hər bir ünvanda əməkdaşlar fəaliyyət göstərəcək və satışa çıxarılan ət və ət məhsullarının satışına ciddi nəzarət həyata keçiriləcək. Keyfiyyətsiz ət satışı aşkar edilərsə, Baytarlıq qanunvericiliyinə uyğun olaraq zərərsizləşdiriləcək:

\”Yarmarkalarda bu günə qədər Baytarlıq xidmətinin nəzarəti altında olan satış məntəqələrində qeyri ət mənşəli məhsulların bazara çıxarılması hallarına rast gəlinməyib. Bu cür ətlər gizli fəaliyyət göstərən işbazların obyektlərində aşkar olunan kimi zərərsizləşdirilib\”.

Bayram ərəfəsində satışa çıxarılan məhsulların keyfiyyətinin yoxlanılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən isə Sonxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin Novruz bayramı ərəfəsində maarifləndirici aksiyaları nəzərdə tutulub. Tədbirlər haqqında ictimaiyyətə geniş məlumatlar veriləcək.

Həmçinin, məlumatda bildirilib ki, hazırda Agentliyin fəaliyyətini təmin etmək məqsədi ilə qanunvericilikdə müəyyən dəyişikliklər hazırlanır və uyğunlaşdırmalar aparılır.

İnterpress.az