İctimai TV şou verilişlərinin yayımını 3 günlük dayandırdıbackend

İctimai TV şou verilişlərinin yayımını 3 günlük dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faciə ilə əlaqədar olaraq İctimai TV-nin yayımında dəyişiklik edilib.

Bütün şou və əyləncə xarakterli verilişlər proqramdan çıxarılıb.

Belə ki, həftəiçi hər gün yayımlanan \”Həmişəki tərz” verilişi bu gün yayımlanmayıb.

Məsələ ilə bağlı İTV-nin Musiqi, əyləncə və xüsusi layihələr departamentinin rəhbəri, eləcə də adı çəkilən verilişin aparıcısı Lamiyə Ələkbərqızı ilə əlaqə saxladıq.

O, məsələyə belə aydınlıq gətirib: \”Bu gün Narkoloji dispanserdə baş verən faciə ilə bağlı nəinki aparıcısı olduğum \”Həmişəki tərz”, o cümlədən İctimai televiziyanın efirində nümayiş olunan şou və əyləncəli verilişlərinin yayımı 3 günlük dayandırılıb. Faciədə dünyasını dəyişənlərin ailəsinə baş sağlığı verir və səbr diləyirik. Bu, hər birimizin acısıdır. Allah ölənlərə rəhmət eləsin”.

İnterpress.az