Tikintiyə icazə verilməsinin ümumi qaydalarında dəyişiklik edilirbackend

Tikintiyə icazə verilməsinin ümumi qaydalarında dəyişiklik edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəllənin 75-ci (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) maddəsində edilən dəyişikliyə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək. Əvvəlcə bu müddət 10 gün idi.

Dəyişiklik layihəsi Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.(report)

İnterpress.az