DİN-dən İnterpress.az-a verilən məlumata görə, hadisə martın 18-də baş verib.
Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində avtomobil piyadanı vuraraq öldürüb.
Nəticədə, yolu keçmək istəyən İmişli rayon sakini, 1939-ci il təvəllüdlü Cəmalləddin Seyfi oğlu İmanov hadisə yerindəcə dünyasını dəyişib.
İnterpress.az-ın əldə etdiyi xəbərə görə, dünyasını dəyişən piyada xalq artisti Simarə İmanovanın atasıdır.
Allah rəhmət eləsin.
İnterpress.az