RSXM-dan İnterpress.az-a verilən məlumata görə, Altbulaq ərazisində Ayrantökən vulkanı püskürüb. Püskürmənin davametmə müddəti 2 dəq 24 saniyədir.
Qeyd edək ki, dünən saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.
7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib.
Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
İnterpress.az