Bu barədə İnterpress.az-a Qarabağda gedən döyüşlərdə əsir düşən şəhid Abbasov Tahir Əlifağa oğlunun ailəsi məlumat verib.
Məlumatda deyilir ki, 1994-cü ildə Ağdamın Cəvahirlər kəndində gedən döyüşlər zamanı ermənilər tərəfindən əsir götürülən Abbasov Tahir Əlifağa oğlunun bu gün 45 yaşı tamam olur.
Əsir götürülən şəhidin doğum günü tədbirində şəhid ataları, Cəlilabad rayon ağsaqqalları, Qarabağ qaziləri və digər şəxslər iştirak edib.
Ailəsi bildirib ki, Tahir paytaxt Bakıda yerləşən hərbi hissələrdən birində hərbi xidmət keçsə də, könüllü olaraq, Qarabağa yollanıb. Döyüşlər zamanı əsir düşən Tahirdən isə o vaxtdan indiyə qədər xəbər olmayıb.
Yaxınları qeyd edib ki, Müdafiə Nazirliyi tərəfindən ona şəhidlik statusu verilib.
Sonda tədbir iştirakçıları Cəlilabad rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.
İnterpress.az