Beynəlxalq müşahidəçilərin sayı 600 nəfəri ötüb – MSKbackend

Beynəlxalq müşahidəçilərin sayı 600 nəfəri ötüb – MSK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MSK-dan İnterpress.az-a verilən məlumata görə, bu günə qədər aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

Belə ki, prezident seçkiləri ilə əlaqədar 53 təşkilat və 54 ölkədən 603 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 55 min 965 nəfərdir.