İnterpress.az xəbər verir ki, Azərbaycanda daha bir internet televiziya yayıma başlayıb.
Məlumata görə, yeni layihə ilə çıxış edən \”CVN\” (CAVAN tv) kanalı bu gündən fəaliyyətə başlayıb. \”CVN\” tv-nin “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinə aid olduğu bildirilir.
Sözügedən kanala isə tanınmış aparıcı Ulvira Qarayevanın rəhbərlik etdiyi deyilir.
İnterpress.az yeni yaradılan internet televiziyanın rəhbərliyinə fəaliyyətlərində uğurlar arzulayır.
İnterpress.az