Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İnterpress.az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Məlumatda həmçinin deyilir ki, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.
İnterpress.az