Misirdə yenidən Sisi prezident seçildibackend

Misirdə yenidən Sisi prezident seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Misir Milli Seçki Komissiyasının təşkil etdiyi və Dövlət Televiziyası ilə yayımlanan mətbuat konfransında hazırki prezident Əbdülfəttah əs-Sisinin səslərin 97,08 faizini toplayaraq ikinci müddətə prezident seçildiyi açıqlanıb.

Sisinin rəqibi Musa Mustafa Musa isə 2,92 % səs toplayıb. Sisinin 21 milyon 835 min 387, Musanın isə 656 min 534 səs toladığı açıqlanıb.

MSK sədri İbrahim Laşin seçkilərdə aktivliyin 41,5 % olduğunu bildirib.

Qeyd edək ki, sayılmayan səslərin faizi 7,27 % olub. Seçicilərin böyük hissəsinin boykot əvəzinə, müəyyən səbəblərdən seçkidə iştirak edə bilməyən siyasilərə səs verdiyi təxmin edilir. ( olke.az )

İnterpress.az