Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı üzə çıxıbbackend

Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, ölkə vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan \”Lexus ES250\” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

İnterpress.az DGK-ya istinadən xəbər verir ki, müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az