Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, 7 nəfər zəhərlənibbackend

Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın baş verib, 7 nəfər zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Report”a istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada Səidə Səfərovaya aid ev yanıb.

Birinci mərtəbədə baş verən yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. Yanğın zamanı digər evlərə də ziyan dəyib.

Yanğın zamanı ikisi uşaq olmaqla ümumilikdə 7 nəfər tüstüdən yüngül zəhərlənib. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Toksikologiya şöbəsindən bildirilib ki, onlar bu gün evə buraxılacaqlar.

İnterpress.az