İnterpress.az-ın Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, TFF-in dəstəyi, Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan yarışa Fransa, Ukrayna, İraq, Qazaxıstan, Qırğızıstan, Hollandiya, Rusiya, Özbəkistan, Qətər və ABŞ-ın İstanbul Baş Konsulluğunun, eləcə də İstanbul Valiliyi, TFF, BMT/Qızıl Aypara və Türk Şurasının komandaları qatılıb.
Hasan Doğan Milli komandaların Təlim-Məşq Bazasında keçirilən turnirin qalibi finalda Özbəkistanı 4:1 hesabı ilə məğlub edən Qırğızıstan olub. Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan Ukraynaya qalib gəlib – 8:2.
Azərbaycanın İstanbul Baş Konsulu Məsim Hacıyev dəstəyə görə TFF rəhbərliyinə təşəkkür edib.(Report)
İnterpress.az